AZ

Qeyri-iş günləri ilə əlaqədar avtovağzallar gücləndirilmiş rejimdə çalışacaq

Silahlı Qüvvələr Günü və qeyri-iş günləri (26-29 iyun) ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, biletlərin onlayn qaydada və kassalardan əldə olunması təmin edilir. Biletim.az portalında 51 məntəqəyə 82 istiqamət üzrə bilet almaq mümkündür.

Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə fasiləsiz hərəkət təmin ediləcək, hərəkət qrafiklərinə ciddi nəzarət olunacaq, xətlərə əlavə avtobuslar buraxılacaq.

Seçilən
7
9
operativmedia.az

10Mənbələr