AZ

Bədəlov və özbək futbolçular da “Sumqayıt”dan getdilər

“Sumqayıt” müqavilə müddətləri başa çatmış futbolçular – Elvin Bədəlov, Cəsurbek Caloliddinov və Bobur Abduholikovla yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hər üç futbolçuya kluba göstərdikləri xidmətlərə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.

Mərkəz müdafiəçisi olan Elvin Bədəlov 2019-cu ilin fevralından “Sumqayıt”da çıxış edirdi. 30 yaşlı futbolçu bu komandanın heyətində 171 oyuna çıxıb, 3 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Cəsurbek Caloliddinov 2024-cü ilin oktyabrından bu klubun formasını geyinirdi. Özbəkistandan olan 23 yaşlı hücumameyilli yarımmüdafiəçi Premyer Liqa klubunun heyətində 18 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.

Bobur Abduholikov isə bu ilin fevralından “gənclik şəhəri” təmsilçisində çıxış edirdi. 28 yaşlı özbək hücumçu bu komandanın heyətində 14 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

“Sumqayıt” daha öncə Miloş Miloviç, Rövlan Muradov, Momo Yansane və Murad Xaçayevlə də yollarını ayırmışdı. İsa Suliman və Roi Kehatla isə yeni müqavilə imzalanıb. Yeni baş məşqçisi hələ də bəlli olmayan Sumqayıtın eyniadlı təmsilçisi heyətinə futbolçu cəlb etməyə də tələsmir.

Seçilən
11
arena.az

1Mənbələr