AZ

Ağdaşda qəbristanlıqda yanğın oldu

AĞDAŞ, 25 iyun. TELEQRAF

Ağdaşda qəbristanlıqda yanğın olub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, yanğın hadisəsi rayonun Xınaxlı kənd qəbristanlığında qeydə alınıb.

Baş verən yanğın zamanı alov qəbir daşlarının üstünə qoyulan gülləri, bağlanmış lentləri, qəbir ətrafına əkilən kiçik gövdəli gül kollarını yandırıb. Hadisə yerinə gələn yanğınsöndürən əməkdaşları və kənd sakinləri yanğının qarşısını alıblar.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
23
teleqraf.com

1Mənbələr