Klublararası dünya çempionatının qrup mərhələsinin 3-cüe turunda "Çelsi"yə 0:3 hesabı ilə uduzan Tunis komandası "Esperans"ın baş məşqçisi Maher Kanzari yenilgini şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini FİFA-nın rəsmi saytı belə çatdırıb:
"Futbol əlavə vaxt da daxil olmaqla, 90 dəqiqə oynanılır. Biz ilk 45 dəqiqəni oynadıq, amma birinci yarıya əlavə edilən dəqiqələri unutduq. Birinci hissənin sonlarında rəqib cərimə zərbəsi yerinə yetirərkən diqqətimiz yayındı. Bunadək əks-hücumlarda çox yaxşı təsir bağışlayırdıq və rəqibin qapısı qarşısında təhlükəli vəziyyətlər yarada bilirdik. Əlbəttə, keyfiyyət fərqi səbəbindən onların da qol epizodları az deyildi, lakin biz taktiki planda möhtəşəm görünürdük. İlk qoldan sonra ikinci çox tez vuruldu. Birinci hissə oyunun taleyini həll etdi. İkinci yarıda xüsusi nəsə olmadı".
Nihat