AZ

Nikol Heyjan İsa: Azərbaycan müstəmləkəçilikdən əziyyət çəkənlərin səsini dünyaya çatdırır

Bakı, 25 iyun, AZƏRTAC

Qvadelup adasına həsr olunmuş konfransın keçirilməsində Azərbaycanın çox böyük rolu var. Azərbaycan müstəmləkəçilikdən əziyyət çəkən xalqın öz səsini dünyaya çatdıra bilməsi üçün önəmli addım atır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Beynəlxalq təzminat hərəkatının Qvadelup bölməsi üzrə nümayəndəsi xanım Nikol Heyjan İsa söyləyib.

O bildirib ki, bu gün Azərbaycanda imzalanan Memorandum digər xalqlara da hərəkət etmək üçün stimul verəcək.

“Ölkəmiz Qvadelup Fransa idarəçiliyi altındadır. Lakin zəruri ehtiyaclar, ən əsası isə insan hüquqları təmin edilmir. Bu isə bizim səsimizi dünyaya çatdırmağa zərurət yaradır”, - deyə Nikol Heyjan İsa deyib.

Seçilən
3
4
azertag.az

5Mənbələr