Bakı. Trend:
"Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətininyüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın prioritet istiqamətləriaçıqlanıb.
Trend xəbər verir ki, bu, Prezident İlhamƏliyevin təsdiqlədiyi “Cəzaçəkmə müəssisələrində peşə təhsilininkeyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturuntəkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün FəaliyyətPlanı”nda əksini tapıb.
Sənədə əsasən, cəzaçəkmə müəssisələrində peşə təhsilininkeyfiyyətinin yüksəldilməsi və mövcud infrastrukturuntəkmilləşdirilməsi məqsədilə aşağıdakı prioritet istiqamətlər üzrəişlər həyata keçiriləcək:
cəzaçəkmə müəssisələrində peşə təhsili sahəsində normativ hüquqibazanın təkmilləşdirilməsi:
əsaslandırma: məhkumların işlə təmini prosesininsürətləndirilməsi, o cümlədən cəzaçəkmə müəssisələrində onların işimkanlarının artırılması, məhkumların işə götürülməsinəsahibkarların (işəgötürənlərin) marağının artırılması, habelə peşətəhsili həyata keçirilərkən cəzaçəkmə müəssisələrinin daxiliintizam qaydalarının nəzərə alınması istiqamətində köməkgöstərilməsinə ehtiyac vardır. Bu baxımdan, peşə təhsilindənyararlanmış məhkumların işlə təmini istiqamətində dövlət tərəfindənsahibkarlar (işəgötürənlər) üçün dəstək tədbirlərinin təminedilməsi, cəzaçəkmə müəssisələrində yeni istehsalat və xidmətsahələrinin yaradılması, məhkumlara münasibətdə peşə təhsiliproqramlarının cəzaçəkmə müəssisələrinin daxili qaydalarınauyğunlaşdırılması, eyni zamanda məhkumlar barədə müvafiqməlumatları (yararlandıqları peşə təhsili, əldə etdikləri təhsilsənədləri) əhatə edən vahid informasiya sisteminin yaradılması iləbağlı müvafiq aktların hazırlanması zəruridir;
görüləcək tədbirlər:
cəzaçəkmə müəssisələrində peşə təhsilindən yararlanmış şəxslərinişlə təmini istiqamətində dövlət tərəfindən sahibkarlara(işəgötürənlərə) dəstək mexanizmlərinin formalaşdırılması;
peşə təhsilindən yararlanmış məhkumlara dair məlumatları(yararlandıqları peşə təhsili, əldə etdikləri təhsil sənədləri) əksetdirən vahid informasiya sisteminin yaradılması məqsədilə normativhüquqi bazanın formalaşdırılması;
peşə təhsilindən yararlanmış məhkumların iş imkanlarınıngenişləndirilməsi üçün sahibkarlar (işəgötürənlər) tərəfindəncəzaçəkmə müəssisələrinin ərazisində yeni istehsalat və xidmətsahələrinin yaradılmasını təmin etmək məqsədilə normativ hüquqibazanın təkmilləşdirilməsi;
məhkumlara münasibətdə peşə təhsili proqramlarının cəzaçəkməmüəssisələrinin daxili qaydalarına uyğunlaşdırılması;
gözlənilən nəticə və nəticə indikatorları: normativ hüquqibazanın təkmilləşdirilməsi məqsədilə müvafiq hüquqi aktlarınlayihələri hazırlanacaq və təsdiq ediləcəkdir;
gözlənilən risklər və onların neytrallaşdırılmasıtədbirləri:
aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətininəlaqələndirilməsində çətinliklər yarana bilər. Bir sıra normativhüquqi akt layihələrinin aidiyyəti dövlət orqanları (qurumları) ilərazılaşdırılmasında gecikmələr baş verə bilər. Bununla əlaqədarmüvafiq işçi qrupların yaradılması nəzərdə tutulur;
cəzaçəkmə müəssisələrində peşə təhsilindən yararlanmış şəxsləriişlə təmin edəcək sahibkarlar (işəgötürənlər) üçün dəstəkmexanizmlərinin tətbiq edilməsi təcrübədə bir sıra sui-istifadəhallarına imkan yarada bilər. Bununla əlaqədar, müvafiq sahəvidövlət orqanlarının (qurumlarının) iştirakı ilə işçi qruplarınyaradılması və həmin dəstək tədbirlərinin müəyyən kvotalarla vəşərtlərlə verilməsi imkanlarının nəzərdə tutulması ilə bağlıtədbirlər görülə bilər;
cəzaçəkmə müəssisələrində peşə təhsili üçün infrastrukturun,avadanlığın qurulması və təkmilləşdirilməsi:
əsaslandırma: hazırda əmək bazarında tələbat duyulan sahələrsırasında olan İKT üzrə kadrların hazırlanması üçün cəzaçəkməmüəssisələrində zəruri və müasir infrastruktur və avadanlığınformalaşdırılması vacibdir. Bununla yanaşı, Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, AzərbaycanRespublikası Elm və Təhsil Nazirliyinin araşdırmaları, habeləmüstəqil bazar araşdırılmaları göstərir ki, əmək bazarında əsastələb olunan peşələrdən şirniyyatçı, aşpaz, aqronom, turizm,menecment, kibertəhlükəsizlik, data analitikası, statistika,logistika və bir sıra yüksək texnologiya sahələri üçün peşə təhsilimütəxəssislərinin hazırlanması, habelə əmək bazarının tələblərinəuyğun peşə təhsilinin formalaşdırılmasına, cəzaçəkmə müəssisəsininnövünün dəyişdirilməsi halında əmək bazarının tələblərinə uyğunsahələrdə məhkumların peşə təhsilinin davamlılığının təmin edilməsiməqsədilə zəruri infrastrukturun qurulmasına və yenilənməsinəehtiyac vardır;
görüləcək tədbirlər:
cəzaçəkmə müəssisələrində peşə təhsili müəssisələrinininfrastrukturunun, avadanlığının qurulması və yenilənməsi;
cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələrinintikintisi;
gözlənilən nəticə və nəticə indikatorları:
əmək bazarının tələblərinə uyğun infrastrukturun, avadanlığınqurulması və yenilənməsi təmin olunacaqdır;
məhkumların peşə təhsilinin həyata keçirilməsi məqsədiləcəzaçəkmə müəssisələrində peşə təhsili müəssisələrinin yaradılmasıtəmin olunacaqdır;
gözlənilən risklər və onların neytrallaşdırılmasıtədbirləri:
infrastruktur təminatının yaxşılaşdırılması üçün kifayət qədərmaliyyə vəsaitinə ehtiyac vardır və həmin məsrəflərin qarşılanmasızamanı müəyyən çətinliklər yarana bilər. Bununla əlaqədarsahibkarlarla (işəgötürənlərlə) sıx əməkdaşlıq qurulması yolu iləişlərin davam etdirilməsi, eləcə də Fəaliyyət Planının 7-cihissəsində qeyd olunan digər mənbələr hesabına maliyyələşdirməninaparılması üçün tədbirlər görülə bilər;
məhkumlar üçün peşə təhsilinin səmərəli təşkil edilməsi vəkeyfiyyətinin yüksəldilməsi məqsədilə institusional tədbirlərinhəyata keçirilməsi:
əsaslandırma: peşə təhsilinin səmərəli təşkil edilməsi vəkeyfiyyətinin yüksəldilməsi üçün müvafiq sahələr (müasir nəqliyyatvasitələrinin, o cümlədən elektrik mühərrikli nəqliyyatvasitələrinin təmiri, qrafik dizayner, İKT və s. sahələr) üzrə peşətəhsilinin aparılması məqsədilə həmin sahələrdə ixtisaslaşmışmütəxəssislərin dəvət olunması, həmçinin peşə təhsilininkeyfiyyətinin yüksəldilməsi, məhkumların əməyə marağınınartırılması, peşə təhsili alan məhkumların ixtisaslarına uyğun işimkanları və karyera perspektivləri baxımındanistiqamətləndirilməsi, peşə təhsili almış məhkumların psixolojivəziyyətinin öyrənilməsi, məhkumların azadlığa buraxıldıqdan sonraəmək bazarında tələb olunan müvafiq sahələr üzrə peşə təhsilinitəsdiq edən sənədlərə və əmək bazarında sahibkarlar (işəgötürənlər)tərəfindən üstünlük verilən peşələrə sahib olması, məhkumların peşəfəaliyyətinə, peşə təhsili prosesinə cəlb edilməsi zamanı onlarınbilik və bacarıqlarına uyğun sahələrə yönəldilməsi ilə bağlımüvafiq tədbirlərin həyata keçirilməsi zəruridir. Eyni zamanda,qeyd olunan tədbirlərin effektiv təşkili üçün peşə təhsiliprosesinin keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi dəvacibdir.
görüləcək tədbirlər:
peşə təhsili prosesinə kənar psixoloqların, karyeraməsləhətçilərinin, peşə təhsili üçün zəruri bilik, bacarıq vəsəriştələrə sahib kənar mütəxəssislərin cəlb edilməsi məqsədilətədbirlər görülməsi;
peşə təhsili prosesinə cəlb ediləcək kənar psixoloqların,karyera məsləhətçilərinin və peşə təhsili üçün zəruri bilik,bacarıq və səriştələrə sahib kənar mütəxəssislərin əməyininədalətli ödənilməsi məqsədilə təkliflər hazırlanması;
peşə təhsili müəssisələrində pedaqoji heyətin sosialmüdafiəsinin gücləndirilməsi;
peşə təhsili müəssisələrində pedaqoji heyətin bilik vəbacarıqlarının artırılması məqsədilə sistemli tədbirlər həyatakeçirilməsi;
peşə fəaliyyətinə və peşə təhsilinə cəlb edilməsi üçünməhkumların bilik və bacarıqlarının qiymətləndirilməsi mexanizmininformalaşdırılması və tətbiqi;
sahibkarların (işəgötürənlərin) iştirakı ilə müvafiq sahələrüzrə peşə təhsili və təlim proqramlarının həyata keçirilməsi;6.1.3.2.7. peşə təhsili prosesinin keyfiyyətinə nəzarətmexanizminin təkmilləşdirilməsi;
gözlənilən nəticə və nəticə indikatorları:
karyera məsləhətçilərinin, kənar psixoloq və mütəxəssislərinpeşə təhsili prosesinə cəlb olunması təmin ediləcəkdir;
karyera məsləhətçiləri, kənar psixoloq və mütəxəssislərinəməyinin ödənilməsində effektiv mexanizm müəyyən ediləcəkdir;
pedaqoji heyətin sosial müdafiəsinin yaxşılaşdırılması təminolunacaqdır;
müasir dövrün tələblərinə cavab verən pedaqoji heyətinformalaşdırılması təmin ediləcəkdir;
məhkumların peşə fəaliyyətinə və peşə təhsilinə cəlb edilməsizamanı onların bilik və bacarıqlarının qiymətləndirilməsininnəticələri nəzərə alınacaqdır;
məhkumların işlə təmin olunma imkanlarının genişləndirilməsinənail olunacaqdır;
peşə təhsili prosesində keyfiyyətə nəzarət mexanizminin effektivtəşkili təmin ediləcəkdir;
gözlənilən risklər və onların neytrallaşdırılmasıtədbirləri:
peşə təhsili prosesinə cəlb ediləcək karyera məsləhətçiləri,kənar psixoloq və mütəxəssislər üçün ədalətli ödəniş sistemininyaradılması zamanı maliyyə vəsaitinin təmin edilməsində çətinliklərmövcud ola bilər. Bu vəsaitin Fəaliyyət 7 Planının 7-ci hissəsindəqeyd olunan mənbələr hesabına, o cümlədən cəzaçəkmə müəssisələrindəpeşə təhsili çərçivəsində əməkdaşlığa cəlb ediləcək sahibkarlar(işəgötürənlər) tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur;
karyera məsləhətçilərinin, kənar psixoloq və mütəxəssislərintapılmasında və ya həmin şəxslərin əsas iş yerlərindən asudəvaxtlarının müəyyənləşdirilməsində çətinliklər mövcud ola bilər. Buzaman əməkdaşlıq müqavilələri imzalanaraq, sahibkarlar(işəgötürənlər) öz tələbatına uyğun gələcək işçilərinhazırlanmasını və müəyyən işlərin müəssisələrdə həmin məhkumlartərəfindən həyata keçirilməsini təşkil edə bilərlər. Bununlayanaşı, həmin şəxslərin göstərdikləri xidmətlər onlayn qaydadahəyata keçirilə bilər;
məhkumların bilik və bacarıqlarının qiymətləndirilməsində uğurlumetod və metodologiyadan istifadə edilməməsi onların cəlb ediləcəyipeşə təhsili və peşə fəaliyyəti üçün səmərəli olmaya bilər. Bubaxımdan, həmin şəxslərin bilik və bacarıqlarının düzgünqiymətləndirilməsi üçün müvafiq mexanizmin işlənilib hazırlanmasınəzərdə tutulur;
əmək bazarında və sahibkarlar (işəgötürənlər) tərəfindənüstünlük verilən peşə təhsili və təlim proqramlarının cəzaçəkməmüəssisələrində məhkumların bilik və bacarıqları baxımındantətbiqində çətinliklər mövcud ola bilər. Buna görə peşə təhsilinəmarağı olan məhkumların həmin sahələr üzrə zəruri bilik vəbacarıqlarının əvvəlcədən qiymətləndirilməsi və tədrisproseslərinin qiymətləndirilmə nəticələrinə əsasən təşkil edilməsizəruridir;
əmək bazarında üstünlük verilən təlim proqramlarınınmaliyyələşməsində çətinliklər mövcud ola bilər. Odur ki, bufəaliyyətin sahibkarların (işəgötürənlərin) və maraqlı tərəflərinmaliyyə vəsaiti hesabına təmin edilməsi və peşə təhsili almış,təlim keçmiş şəxslərin azadlığa buraxıldıqdan sonra maliyyələşmənitəmin edənlər tərəfindən işlə təmin edilməsi nəzərdə tutulur.Sahibkarların (işəgötürənlərin) və digər maraqlı tərəflərin vəsaitipeşə təhsili və təlim proqramlarının təşkili üçün kifayətetmədikdə, maliyyələşmənin Fəaliyyət Planının 7-ci hissəsində qeydolunan digər mənbələr hesabına təmin edilməsi nəzərdə tutulur;
peşə təhsilinin keyfiyyətinə nəzarət mexanizminintəkmilləşdirilməsi zamanı aidiyyəti dövlət orqanlarının(qurumlarının) fəaliyyətinin əlaqələndirilməsində çətinlikləryarana bilər. Bununla əlaqədar müvafiq işçi qrupların yaradılmasınəzərdə tutulur;
peşə təhsilinə cəlb edilmiş məhkumların cəzaçəkməmüəssisələrində ödənişli fəaliyyətə cəlb edilməsi ilə bağlımexanizmin hazırlanması:
əsaslandırma: peşə təhsilinə cəlb edilmiş məhkumların haqqıödənilən fəaliyyətə cəlb edilməsi onların islah edilməsində vəazadlığa buraxıldıqdan sonra əmək bazarında asanlıqla iş tapmasındaəhəmiyyətli rol oynaya bilər;
görüləcək tədbirlər:
peşə təhsilinə cəlb edilmiş məhkumların əməkdaşlıq çərçivəsindəcəzaçəkmə müəssisələrində sahibkarların (işəgötürənlərin) və yamaraqlı tərəflərin layihələrində ödənişli fəaliyyətə cəlbedilməsi;
peşə təhsilinə cəlb edilmiş məhkumların əmək bazarına çıxışınıtəmin edən müvafiq informasiya sisteminin yaradılması;
gözlənilən nəticə və nəticə indikatorları:
məhkumların əmək bazarına hazırlanması təmin olunacaqdır;
məhkumların xidmətlərinin və istehsal etdikləri məhsullarınsatışı həyata keçiriləcəkdir;
gözlənilən risklər və onların neytrallaşdırılmasıtədbirləri:
sahibkarların (işəgötürənlərin) və maraqlı tərəflərin cəzaçəkməmüəssisələrində əməyə cəlb edilmiş şəxslərin əməyinin ödənilməsinəmarağı aşağı ola bilər. Bu baxımdan həmin şəxslərlə təşviqedici işaparılması və müvafiq 8 stimullaşdırma tədbirlərinin həyatakeçirilməsi bu risklərin aradan qaldırılmasında əhəmiyyətli olabilər;
dövlət tərəfindən hazırlanmış layihələr çərçivəsində cəzaçəkməmüəssisələrində haqqı ödənilən fəaliyyətə cəlb edilmiş məhkumlarınəməyinin ödənilməsi mənbələrində vəsaitin təmin edilməsindəçətinliklər ola bilər. Bu vəsaitin Fəaliyyət Planının 7-cihissəsində qeyd olunan mənbələr hesabına maliyyələşdirilməsimümkündür;
cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təminiilə bağlı birgə fəaliyyətin təşkili və məlumatlandırma:
əsaslandırma: cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərinişə götürülməsində əsas problemlərdən biri cəmiyyətdə formalaşmışmüəyyən narahatlıqlardır ki, bəzi sahibkarlar (işəgötürənlər) bunagörə həmin şəxsləri işə götürməkdən çəkinirlər. Onlar barəsindəcəmiyyətdə mövcud olan mənfi fikirlərin aradan qaldırılması əməkbazarında mövcud vakansiyaların komplektləşdirilməsinə yardımçıolmaqla yanaşı, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərinyenidən cinayət törətməsinin qarşısını almağa və onların islaholunmasına kömək edə bilər;
görüləcək tədbirlər:
cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxsləri işə götürənşəxslərin müsbət təcrübələri ilə bağlı məlumatların hazırlanması,mediada yayımlanması və müvafiq tədbirlərin (sərgilərin və s.)təşkil edilməsi;
cəzaçəkmə müəssisələrindən azad edilmiş və uğurlu iş təcrübəsiolan şəxslərin mediada sosial xarakterli paylaşımlarının edilməsivə aidiyyəti orqanların (qurumların) nümayəndələrinin,sahibkarların (işəgötürənlərin) iştirakı ilə görüşlər təşkiledilməsi; cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlətəmini ilə bağlı maarifləndirmə tədbirlərinin həyatakeçirilməsi;
gözlənilən nəticə və nəticə indikatorları: məhkumların azadlığaburaxıldıqdan sonra işə götürülməsində mövcud olan maneələrinminimuma endirilməsi və tədricən aradan qaldırılması təminolunacaqdır;
gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:bəzi kateqoriya cinayətlərə görə məhkumluğu olan şəxslərin işəqəbul edilməsində mövcud yanaşmaların aradan qaldırılması vaxtbaxımından uzun müddət tələb edə bilər. Lakin aidiyyəti orqanların(qurumların) iştirakı ilə sahibkarlarla (işəgötürənlərlə) bu sahədəsıx əməkdaşlıq təmin edilməklə və mediada sosial xarakterlireklamların yayımlanması yolu ilə bu çətinlik aradan qaldırılabilər.