BAKI, 25 iyun. TELEQRAF
"Məhkumların işlə təmini prosesinin sürətləndirilməsi, o cümlədən cəzaçəkmə müəssisələrində onların iş imkanlarının artırılması, məhkumların işə götürülməsinə sahibkarların (işəgötürənlərin) marağının artırılması, habelə peşə təhsili həyata keçirilərkən cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarının nəzərə alınması istiqamətində kömək göstərilməsinə ehtiyac var".
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nında əskini tapıb.
Qeyd olunub ki, bu baxımdan, peşə təhsilindən yararlanmış məhkumların işlə təmini istiqamətində dövlət tərəfindən sahibkarlar (işəgötürənlər) üçün dəstək tədbirlərinin təmin edilməsi, cəzaçəkmə müəssisələrində yeni istehsalat və xidmət sahələrinin yaradılması, məhkumlara münasibətdə peşə təhsili proqramlarının cəzaçəkmə müəssisələrinin daxili qaydalarına uyğunlaşdırılması, eyni zamanda məhkumlar barədə müvafiq məlumatları (yararlandıqları peşə təhsili, əldə etdikləri təhsil sənədləri) əhatə edən vahid informasiya sisteminin yaradılması ilə bağlı müvafiq aktların hazırlanması zəruridir.