AZ

Həbsxanalara peşə təhsili üçün mütəxəssislər cəlb olunacaq

BAKI, 25 iyun. TELEQRAF

"Həbsxanalada peşə təhsilinin səmərəli təşkil edilməsi və keyfiyyətinin yüksəldilməsi üçün müvafiq sahələr (müasir nəqliyyat vasitələrinin, o cümlədən elektrik mühərrikli nəqliyyat vasitələrinin təmiri, qrafik dizayner, İKT və s. sahələr) üzrə peşə təhsilinin aparılması məqsədilə həmin sahələrdə ixtisaslaşmış mütəxəssislərin dəvət olunacaq.

Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nında əksini tapıb.

Qeyd olunub ki, peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi, məhkumların əməyə marağının artırılması, peşə təhsili alan məhkumların ixtisaslarına uyğun iş imkanları və karyera perspektivləri baxımından istiqamətləndirilməsi, peşə təhsili almış məhkumların psixoloji vəziyyətinin öyrənilməsi, məhkumların azadlığa buraxıldıqdan sonra əmək bazarında tələb olunan müvafiq sahələr üzrə peşə təhsilini təsdiq edən sənədlərə və əmək bazarında sahibkarlar (işəgötürənlər) tərəfindən üstünlük verilən peşələrə sahib olması, məhkumların peşə fəaliyyətinə, peşə təhsili prosesinə cəlb edilməsi zamanı onların bilik və bacarıqlarına uyğun sahələrə yönəldilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi zəruridir.

Eyni zamanda, qeyd olunan tədbirlərin effektiv təşkili üçün peşə təhsili prosesinin keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi də vacibdir.

Seçilən
18
teleqraf.com

1Mənbələr