AZ

Həbsxanalarla dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üçün işçi qrupu yaradılacaq

BAKI, 25 iyun. TELEQRAF

Həbsxanalarla dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üçün işçi qrupu yaradılacaq.

Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nında əksini tapıb.

Qeyd olunub ki, peşə təhsilinin keyfiyyətinə nəzarət mexanizminin təkmilləşdirilməsi zamanı aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsində çətinliklər yarana bilər. Bununla əlaqədar müvafiq işçi qrupların yaradılması nəzərdə tutulur.

Seçilən
6
teleqraf.com

1Mənbələr