AZ

Qvadelup nümayəndəsi: BTQ ilə memorandum dekolonizasiya üzrə beynəlxalq platformanı genişləndirir

Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Qvadelup nümayəndələri arasında əməkdaşlıq haqqında memorandumun imzalanması beynəlxalq səviyyədə dekolonizasiya mövzusunun irəliləməsi üçün böyük əhəmiyyət kəsb edir.

"Report" xəbər verir ki, bu barədə Qvadelup Beynəlxalq Təzminat Hərəkatının (MIR) katibliyinin nümayəndəsi Nikol Rejan Brisse (Nicole Brisset-Regent) Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı konfrans çərçivəsində jurnalistlərə bildirib.

"Biz bu memoranduma və Bakı Təşəbbüs Qrupundan aldığımız dəstəyə görə səmimi şəkildə minnətdarıq. Azərbaycan sayəsində bizim mübarizəmiz bütün dünyada məlum oldu. İndi beynəlxalq ictimaiyyət Qvadelup xalqının nələrdən keçdiyini və keçməyə davam etdiyini öyrənəcək", - o qeyd edib.

Seçilən
10
report.az

1Mənbələr