BAKI, 25 iyun. TELEQRAF
Peşə təhsilinə cəlb edilmiş məhkunlər cəzaçəkmə müəssisələrində ödənişli fəaliyyətə cəlb olunacaq.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nında əksini tapıb.
Qeyd olunub ki, peşə təhsilinə cəlb edilmiş məhkumların cəzaçəkmə müəssisələrində ödənişli fəaliyyətə cəlb edilməsi ilə bağlı mexanizmin hazırlanacaq.
Vurğulanıb ki, peşə təhsilinə cəlb edilmiş məhkumların əməkdaşlıq çərçivəsində cəzaçəkmə müəssisələrində sahibkarların (işəgötürənlərin) və ya maraqlı tərəflərin layihələrində ödənişli fəaliyyətə cəlb olunacaq.