Son günlər Bakı bulvarında özlərini Fələstin vətəndaşı kimi təqdim edərək pul istəyən şəxslər peyda olub.
Publika.az-ın məlumatına görə, onlar əsasən cütlük şəklində gəzir, insanlara yaxınlaşaraq kömək istəyirlər.
İngilis dilində danışan gənc oğlan yanındakı xanımın Fələstindən qaçaraq Bakıya gəldiyini iddia edir. O, daha sonra çətin vəziyyətdə olduqlarını və ac qaldıqlarını deyərək pul istəyir.
Bulvarda bu cür cütlüklərə daha çox axşamlar rast gəlinir. Onların hamısı eyni sözləri təkrar edərək yardım istəyir.