AZ

"1 sualda texniki səhv oldu" - 59 bal toplayan müəllim

149 saylı tam orta məktəbin informatika-riyaziyyat müəllimi Rahim Cəbiyev 59 bal toplayıb. 

AzEdu.az-a danışan R.Cəbiyev qeyd edib ki, 10 ilə yaxındır müəllim kimi fəaliyyət göstərir.

Müəllim söyləyib ki, yüksək bal toplayacağını gözləyirdi:

"Özümdən tam əmin idim.1 sualda düşünürəm ki, texniki səhv var idi. Onu da appelyasiyaya verməyi düşünürəm. Suallar bir orta məktəb müəllimi üçün normal idi. Bu imtahanı çox müsbət qiymətləndirirəm. Çünki hər bir müəllim istər-istəməz özündə məsuliyyət hissini keçirir. Onu da qeyd edim ki, imtahana özüm hazırlaşmışdım".

Seçilən
17
azedu.az

1Mənbələr