AZ

FIFA irqçi təhqirə görə Meksika klubunun oyunçusuna qarşı iş açdı

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq Futbol Federasiyası (FIFA) Meksikanın "Paçuka" klubunun futbolçusu Qustavo Kabrala qarşı FIFA klublararası dünya çempionatının qrup mərhələsinin oyunu zamanı "Real Madrid"in müdafiəçisi Antonio Rüdigerlə bağlı insidentdən sonra intizam işi açıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İspaniyanın "Mundo Deportivo" onlayn nəşri FIFA-nın qərarına istinadən məlumat verib.

"FIFA İntizam Komitəsi matç hesabatlarını qiymətləndirdikdən sonra "Paçuka"nın futbolçusu Qustavo Kabrala və Antonio Rüdiger arasında baş vermiş insidentlə bağlı iş qaldırıb", - deyə nəşrə adı açıqlanmayan FIFA nümayəndəsi bildirib.

Xatırladaq ki, Rüdiger final fitinə az qalmış argentinalının ona ünvanladığı təhqirləri bildirdikdən sonra hakim "Paçuka" - "Real" oyununu bir müddət dayandırıb. Matç "Real Madrid"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
oxu.az

2Mənbələr