AZ

Bakı Ələt yolunda qəza: İki yük maşını toqquşdu

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı-Ələt yolunda yol-nəqliyyat hadisəsi baş verib. 

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə iyunun 24-də saat 12 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu Lökbatan qəsəbəsinin 14-cü kilometrliyində baş verib: “Belə ki, Sabirabad rayon sakini 1996-cı il təvəllüdlü Məmmədov Rəşad Ələkbər oğlunun idarə etdiyi 77-FT-067 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük maşını, qarşı tərəfdən gələn Salyan rayon sakini 1973-cü il təvəllüdlü Əbilhəsənov Elman Firudun oğlunun idarə etdiyi “Mercedes Atego” markalı yük maşınıyla toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi zərər dəyib.

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
avtosfer.az

1Mənbələr