AZ

Adını "quql”da tapmaqda çətinlik çəkdiyimiz baş məşqçinin burada nə işi var? - VİDEO

“Futbolumuz elə kəllə-mayallaq inkişaf edir.

AFFA-anın verdiyi pula göz dikən “İmişli” Portuqaliyadan baş məşqçi təyinatı gerçəkləşdirib.

Heç bir transfer etməyən, Premyer Liqaya yeni vəsiqə qazanan yarıpeşəkar oyunçuların əməkhaqqlarını vaxtında verib-verməyəcəyi bəlli olmayan komandanın Portuqaliyadan məşqçi gətirməsi hansı çərçivəyə sığır?

Xorxe Kaskilyadır adı. Vallah, onu “quql”un axtarış sistemində tapmaq da çətindir.

Bu, Azər Bağırov, Mahmud Qurbanov və Vaqif Cavadov kimi məşqçilərə haqsızlıqdır.

Premyer Liqa klublarının əksəriyyətinin yerli mütəxəssislərə güvəndiyi bir vaxtda, “İmişli”yə Çexiyanın üçüncü liqa məşqçisinin açıqlanmayan gizli saxlanılan şərtlərlə bura gətirilməsi nəyə qulluq edir?

Son 10 ildə heç bir komandada 6 aydan çox duruş gətirməyən birisinin debütant “İmişli”də nə iş görəcəyi böyük sual altındadır”.

Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.

Tanınmış jurnalist “İmişli”nin “çiçəyi burnunda” yeni baş məşqçisi Xorxe Kaskilyanın təyinatı barədə tənqidi fikirlərlə diqqət çəkib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
2
sportinfo.az

1Mənbələr