Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC "Azərbaycan Banklar Assosiasiyası"nın (ABA) İctimai Birliyinin 35 illik yubileyinə həsr olunmuş poçt markasını dövriyyəyə buraxıb.
“Report” "Azərpoçt"a istinadən xəbər verir ki, marka Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sərgisi ("Fintex Sammit") çərçivəsində təqdim edilib.
ABA-nın prezidenti Zakir Nuriyev və “Azərpoçt”un İdarə heyəti sədrinin vəzifəsini icra edən İsi Mustafayev yubiley markasının rəsmi möhürlənməsini həyata keçirib.
"Azərpoçt" 2010-cu ildən ABA-nın üzvüdür.