AZ

“Bura nə Banqladeş, nə də Hindistandır” – Yolda xaos yaradan piyadalar QƏZƏB YARATDI - VİDEO

Hədə-qorxu ilə tələb etmə maddəsi ilə  təqsirləndirilən Sona Əhmədovanın cinayət işi üzrə məhkəmə araşdirması basa çatıb.

Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən son prosesdə hökm oxunub. Hökmə əsasən, Sona Əhmədova 4 il 11 ay  azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Xatırladaq ki,dövlət ittihamçısı çıxışı zamanı Sona Əhmədovanın 7 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi. 

İbtidai istintaq zamanı məlum olub ki, Sona Əhmədova iş yoldaşı Tavat Bayramova vasitəsilə Xavər Babayevaya 3 min manat faizə pul verib. Ancaq ayın tamamında Xavər Babayeva həmin pulu qaytara bilməyəndə onun yarıcılpaq şəkilləri ilə şantaj etməkdə təqsirləndirilir. Bundan sonra Xavər Babayeva 2021-ci ildən 2022-ci ilin əvvəlinə kimi  ayrı-ayrı vaxtlarda Tavat Bayramovaya məxsus bank kartına məcburi surətdə 35 min manat pul göndərib. 

Onun barəsində cinayət məcəlləsinin 182.2.4 (hədə qorxu ilə tələb etmə külli miqdarda olduqda) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.(unikal)

Seçilən
4
avtosfer.az

1Mənbələr