AZ

AMADA-dan Kanoe və Avarçəkmə Federasiyasının idmançıları üçün seminar - FOTO

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ölkəmizdə dopinqə qarşı mübarizənin gücləndirilməsi və idmançılar arasında maarifləndirmə işinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

İdman.biz xəbər verir ki, bu çərçivədə növbəti maarifləndirici seminar Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının gənc idmançıları üçün təşkil olunub.

Seminarın əsas məqsədi idmançılara antidopinq qaydaları, onların hüquqları və öhdəlikləri, eləcə də dopinqə qarşı mübarizənin əsas prinsipləri haqqında dolğun məlumat təqdim etmək olub.

Görüş zamanı qadağan edilmiş maddələr və üsullar, dopinq nəzarətinin mərhələləri, idmançının fərdi məsuliyyəti və nəticələrin idarə edilməsi prosesi barədə ətraflı izahlar verilib. Bildirilib ki, bəzən idmançılar bilmədən və ya diqqətsizlik ucbatından qadağan edilmiş maddələr qəbul edə bilirlər. Buna görə də, hər bir idmançı qəbul etdiyi preparatların tərkibini diqqətlə yoxlamalıdır.

Tədbir interaktiv şəkildə təşkil olunub və iştirakçıların antidopinq mövzusunda sualları ətraflı cavablandırılıb.

İdman.biz

Seçilən
9
3
idman.biz

4Mənbələr