AZ

Kolumbiyada leysan sonrası torpaq sürüşməsi: 8 ölü, 5 yaralı

Kolumbiyada

Kolumbiyada leysan yağışlar sonrası baş verən torpaq sürüşməsində 8 nəfər həlak oldu, 5 nəfər yaralandıKolumbiyanın Medellin şəhərində, güclü leysan yağışlar səbəbindən torpaq sürüşməsi baş verib. Bello və Altos-de-Oriente bölgələrində torpaq kütləsi bir neçə evi basıb.Hadisə nəticəsində 8 nəfər həyatını itirib, 5 nəfər xəstəxanaya yerləşdirilib.Regiona çoxsaylı axtarış-xilasetmə və yanğınsöndürmə briqadaları göndərilib. Təhlükə ehtimalına görə 10 ev ehtiyat tədbiri olaraq boşaldılıb.Medellin şəhərinin meri Federiko Gutyerres bildirib ki, fövqəladə hallar üzrə bütün protokollar dərhal işə salınıb və zərərçəkənlərə yardım göstərilib.Mart ayından bəri Kolumbiya ərazisində davam edən leysan yağışlar bir çox bölgələrdə insan itkisinə və maddi ziyana səbəb olub.Ulusum.az

Diqqət Çəkənlər

Ümidverici xəbər: aktyor Vüsal Murtuzəliyev reanimasiyadan çıxıb

Əgər Tramp İranın nüvə obyektlərinə hücum etməsəydi...

Müge Anlının sirr kimi gizlətdiyi qızı məzun oldu - FOTO

Seçilən
29
ulusum.az

1Mənbələr