AZ

“Rusiya NATO ölkələrinə hücum etməyə hazır deyil” Duda

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

"Hazırda Rusiya NATO ölkələrinə hücum etməyə hazır deyil". 

"AzPolitika" xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda bildirib.

Lakin o, gələcəkdə belə bir təhlükənin real ola biləcəyini istisna etmir. 

"Fikrimcə, Rusiya Ukraynaya qarşı təcavüzü nəticəsində zəifləyib. Hazırda başqa ölkələrə hücum etmək üçün hazırlıqlı olduğunu düşünmürəm", – deyə Duda qeyd edib.

Bununla belə, Polşa Prezidenti Avropanı gələcəkdə baş verə biləcək təhlükələrə qarşı hazırlıqlı olmağa çağırıb:"Gələcəkdə bu, real təhdidə çevrilə bilər. Ona görə də biz hazır olmalı və müdafiə xərclərimizi artırmalıyıq. Bu, öz təhlükəsizliyimiz üçün tamamilə zəruridir".

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
azpolitika.info

1Mənbələr