Məşhur aktrisa Serenay Sarıkaya ilə müğənni sevgilisi Mert Demirin üçüncü dəfə ayrıldığı iddia edilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bu barədə sosial mediada xəbərlər yayılıb.
Belə ki, keçən ilin sonlarına doğru Mert Demirlə ilk dəfə münasibət qurmağa başlayan Serenay Sarıkayanın bu münasibəti ilə tez-tez maqazin dünyasında manşetlərə çevrilib. Ancaq sosial mediada birlikdə görünmədikləri zamanlar cütlük ara-sıra ayrılıq dedi-qodularına məruz qalıb.
Onlar bundan əvvəl iki dəfə ayrıldıqlarını bildirsələr də, yenidən barışıblar.
Son günlərdə isə cütlüyün üçüncü dəfə münasibəttlərini bitirdikləri iddia edilib. Onlardan heç biri hələlik bu barədə bir açıqlama verməyiblər.