AZ

"Dinamo"nun müdafiəçisi "Qarabağ"ın hədəfində

Növbəti mövsüm üçün transfer fəaliyyətini davam etdirən "Qarabağ" müdafiə xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.

Sportal.az saytına verilən məlumata görə, Azərbaycan çempionunun əsas hədəfi "Dinamo"da çıxış edən Sami Mmaedir.

Ağdam təmsilçisi mərakeşli futbolçunu hələ "Ferentsvaroş"da çıxış etdiyi vaxtdan izləyir. 28 yaşlı mərkəz müdafiəçisi ötən ilin yayında Macarıstan klubundan ayrıldıqdan sonra "Dinamo"ya keçməyə üstünlük verib.

Mmae Zaqreb təmsilçisində əsas heyətə düşməkdə çətinlik çəkir. "Qarabağ"la danışıq aparan təcrübəli oyunçu Azərbaycan klubuna keçməyə isti yanaşır. 1-2 həftə transferin baş tutub-tutmayacağı bilinəcək.

Qeyd edək ki, Sami Mmae ötən mövsüm "Dinamo"nun heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol vurub. Onun Xorvatiya klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.

saytlarin hazirlanmasi

Seçilən
4
2
sportal.az

3Mənbələr