25.06.2025-ci il tarixində saat 14:20 radələrində yol-nəqliyyat hadisəsi ilə əlaqədar 5 nəfər (3 qadın, 2 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib, 4 nəfərin vəziyyəti qənaətbəxş hesab olunduğundan ambulator müalicə üçün evə buraxılıb.
Qapalı kəllə-beyin travması alan 1969-cu il təvəllüdlü şəxsin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir. Vəziyyəti orta ağırdır.