AZ

Nikola Andrea Brisse Rejen: Azərbaycanın dəstəyi bizim mübarizəmizə güc verir

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Azərbaycanın dəstəyi bizim mübarizəmizə güc verir".

Oxu.Az xəbər verir ki, bu fikri Bakıda Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunmuş "Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər" adlı beynəlxalq tematik konfransında jurnalistlərə açıqlaması zamanı qvadelupalı ictimai fəal Nikola Andrea Brisse-Rejen deyib.

O bildirib ki, ölkəsinin azadlıq mübarizəsində Azərbaycanın mövqeyi və atdığı addımlar beynəlxalq ictimaiyyətin diqqətini bu problemə yönəltmək baxımından xüsusi önəm daşıyır:

"Azərbaycanla əməkdaşlıq bizim üçün olduqca əhəmiyyətlidir. Bu dəstəyə görə minnətdarlığımı bildirirəm. Azərbaycan beynəlxalq platformalarda bizi görünən edir, dünyaya Qvadelupda yaşananları çatdırır və bizim real ehtiyaclarımızı göstərir. Bu, son dərəcə çətin bir vəziyyətdir və artıq bütün dünya bundan xəbərdar olmağa başlayır".

Brisse-Rejen əlavə edib ki, Fransa müstəmləkəçilik siyasətini hələ də davam etdirən əsas ölkələrdən biridir və rəsmi Paris bu məsələyə qeyri-insani yanaşma nümayiş etdirir:

"Biz azadlıq istəyirik, danışıqlar aparırıq, yalvarırıq, lakin Fransa rəhbərliyi bizi azad buraxmaq istəmir. Prezident Makron və onun komandası bu məsələdə sərt və ədalətsiz mövqe tutur. Mövcud vəziyyət bizim üçün olduqca ağırdır".

Aləmdə Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
oxu.az

1Mənbələr