AZ

Ağdərədə 32 il sonra ilk dəfə körpə doğulub

Ağdərə. Trend:

Ağdərə rayonunda 32 il sonra ilk dəfə körpə doğulub.

Bu barədə Trend-in yerli müxbirinin sorğusuna cavab olaraqTƏBİB-dən məlumat verilib.

Bildirilir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi YardımMərkəzinə Ağdərə rayonu ərazisindən 22.06.2025-ci il tarixində saat14:30 radələrində doğuş prosesinin baş verməsi səbəbilə çağırışdaxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlbolunub:

"Təcili tibbi yardım briqadası tərəfindən 36 həftəlik hamiləolan şəxsin vaxtından əvvəl doğuş prosesi çağırış ünvanında icraolunub. Hadisə yerində dölün boynuna göbək ciyəsinin dolandığımüşahidə olunub və müvafiq müdaxilə ilə boyun göbək ciyəsindəntəhlükəsiz şəkildə azad edilib. Hadisə yerində körpənin dərisininrəngi gömgöy olub, spontan tənəffüs müşahidə edilməyib. Neonatalreanimasiya tədbirləri çərçivəsində ürək masajı aparılıb vətənəffüs bərpa edilib. Daha sonra doğuş prosesi təcili tibbi yardımavtomobilində briqadanın nəzarəti altında davam etdirilib.

Tibbi heyət tərəfindən zahı qadın və yenidoğulmuş uşaq (qız)müvafiq tibb müəssisəsinə təxliyə olunub.

Xəstəxanada anaya və körpəsinə zəruri tibbi xidmətlərgöstərilib".

"Ananın müalicəsi tibb müəssisəsində davam etdirilir, vəziyyətistabildir. Cinsi qız, çəkisi 2 kq, 700qr., boyu 49 sm. olankörpənin müalicəsi davam etdirilir. Körpənin də vəziyyətiqənaətbəxşdir", qurumdan qeyd olunub.

Məqalədə:
Seçilən
313
40
az.trend.az

10Mənbələr