AZ

Təranə Qumralın qızı efirdə HAMİLƏ OLDUĞUNU DEDİ - VİDEO

Müğənni Qumral üçüncü dəfə ana olacağını açıqlayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə o, "Rəngarəng" verilişində danışıb. 

Qumral bu xəbəri çox adamın bilmədiyini və övladsevər olduğunu deyib. 

Aparıcı Zaur Nəbioğlu isə Qumralın qaynanası ilə üçüncü övladdan sonra barışacaqlarını ümid etdiyini bildirib. 

Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri son vaxtlar bu cür şəxsi və ailəvi mövzuların efirdə səsləndirilməsini sərt şəkildə tənqid edirlər. Onlar hesab edirlər ki, ailə daxilində baş verən bu tip hadisələrin ictimaiyyətə təqdim olunması artıq süni şouya çevrilib. İzləyicilər bu tendensiyanı “şəxsi həyatın tamaşa obyekti halına gətirilməsi” kimi qiymətləndiriblər.

Aydan Hacıbalazadə


Telegram kanalımız
Seçilən
9
1
yenisabah.az

2Mənbələr