AZ

Gəncədəki qəzada xəsarət alanların SON DURUMU

Gəncədə iki avtomobilin toqquşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Gəncə Birləşmiş Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna bildirilib ki, bu gün 14:20 radələrində yol-nəqliyyat hadisəsi ilə əlaqədar 5 nəfər (3 qadın, 2 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
 

MÖVZU İLƏ BAĞLI:

Gəncəyə imtahana gedən müəllimlər QƏZAYA düşdülər: 5 nəfər xəsarət aldı – YENİLƏNİB – VİDEO


"Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib, 4 nəfərin vəziyyəti qənaətbəxş hesab olunduğundan ambulator müalicə üçün evə buraxılıb. Qapalı kəllə-beyin travması alan 1969-cu il təvəllüdlü şəxsin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir. Vəziyyəti orta ağırdır".

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilən
5
bizim.media

1Mənbələr