AZ

Qayda pozan “Opel” sürücüsü motosikletçini vurub yerə sərdi VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza iyunun 24-də günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 50-EK-294 dövlət nömrə nişanlı “Opel” markalı avtomobil, motosikletlə toqquşub. Qəzaya səbəb “Opel” sürücüsünün dairəvi hərəkət təşkil olunmuş yolayrıcının keçilməsi qaydasını pozub. Belə ki, sürücü dairəyə daxil olan motosikleti gözləmədən hərəkət edib və bu vaxt onu vurub. Hadisə zamanı nəqliyyat vasitəsinə maddi ziyan dəyib, moto sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Faktla bağlı araşdırma davam edir.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
avtosfer.az

1Mənbələr