Bakı. Trend:
Xətaida polis 40 kiloqram narkotik vasitə aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi məlumat yayıb.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) NarkotiklərləMübarizə Bölməsi (NMB) əməkdaşlarının həyata keçirdikləri tədbirzamanı Abşeron rayon sakini 29 yaşlı Emin Seyfullayev və tanışı 28yaşlı Yadigar Məhərrəmov saxlanlılıblar.
E.Seyfullayevin idarə etdiyi “Ravon” markalı avtomobilə baxışzamanı hər iki şəxsə məxsus 29 kq 290 qr marixuana götürülüb.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatzamanı paytaxt sakini 46 yaşlı Vüsal Mehrəliyev də narkotiklərinqanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan isə1 kq 780 qr heroin və 9 kq 420 qr marixuana aşkarlanıb.
Saxlanılan şəxslər narkotik vasitələri satış məqsədi ilə əldəetdiklərini bildiriblər.
Faktlarla bağlı araşdırma aparılır.