İran və İsrail arasında atəşkəs razılaşması əldə olunandan sonra maraq doğuran məqamlardan biri İranla bağlıdır. Belə ki, mühaibədə müəyyən itkilərlə üzləşən İranın atəşkəsdən sonrakı dönəmdə aqibətinin necə olacağı barədə müxtəlif fikirlər irəli sürülür.
Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, İran ABŞ-nin İraqda və Dohada olan hərbi bazalarını vurandan sonra Tramp hərəkətə keçdi:
"Tramp başa düşdü ki, prosesin davamı nüvə müharibəsinə qədər gedə bilər. Üstəlik İran "Nüvə silahının yayılmaması haqqında" müqavilədən çıxmağa hazırlaşırdı. Bu o deməkdir ki, İranın nüvə silahı var və bu silahdan istifadə edə bilər. Çünki İran geri çəkiləcək siyasət yürütmürdü. Əgər ABŞ İrana adekvat cavab versəydi, məsələ böyüyəcəkdi. Bu isə bütövlükdə beynəlxalq nizamı zədələyəcəkdi".
K.Novruzovun sözlərinə görə, digər tərəfdən İsrail artıq öz məqsədinə nail olmuşdu. Buna görə də müharibəni uzatmaq yersiz olardı. İsrailin hücumları nəticəsində İran əməlli-başlı çalxalandı. Belə ki, ölkənin relyefi zəiflədi, vacib nümayəndələr öldürüldü və ölkədə hakimiyyətə qarşı narazılıq başladı.
Kənan Novruzov: İran geri çəkiləcək siyasət yürütmürdü
Müsahibimizə görə, İranla İsrail arasında atəşkəsin əldə olunmasında Türkiyənin rolunun olduğunu da ehtimal etmək olar. Baxmayaraq ki, bu, açıq şəkildə göstərilmir:
“Lakin gizli danışıqların baş tutması ehtimalı yüksəkdir. Ona görə ki, İran-İsrail qarşıdurmasının kövrək olması çox təhlükəlidir”.
“Bundan sonrakı dönəmdə Türkiyə çalışacaq ki, atəşkəs davamlı olsun", - deyə Kənan Novruzob bildirib.
Gülşən Şərif