AZ

YAP Şirvan şəhər təşkilatında 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur -Fotolar



Tədbirdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, N saylı hərbi hissənin Polkovnik Leytenantı Bilal Hacıyev, şəhid ataları, təqaüddə olan yüksək rütbəli zabitlər, 1-ci Qarabağ müharibəsi və 2-ci Qarabağ müharibəsi iştirakçıları iştirak ediblər.

Tədbir Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107 illiyi və 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, Ulu Öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edildiyini vurğulayaraq Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasını Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu istiqamətindəki uğurlu siyasətindən, ölkə başçısı cənab İlham Əliyevin Silahlı Qüvvələrimizin daha da inkişaf etdirilməsi, möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlərdən danışdı. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində çox mühüm işlər görülməsindən bəhs edərək, 44 günlük Vətən Müharibəsində əldə olunan şanlı qələbə bunu bir daha sübut etdiyini vurğuladı. Bu əlamətdar gündə vətən uğrunda canından keçmiş bütün şəhidlərimizi dərin ehtiramla andığını bildirərək, qazilərimizə şəfa, ordumuza isə daim qələbələr arzuladı.

Daha sonra tədbir iştirakçılarından şəhid atası Rəhim Hüseynov, N saylı hərbi hissənin polkovnik leytenantı Bilal Hacıyev, 1-ci Qarabağ müharibəsi qazisi Bayram Quliyev, ehtiyyatda olan mayor Zaur Əhmədov, ehtiyyatda olan polkovnik leytenant Yusif Rüstəmov, 1-ci Qarabağ müharibəsi qazisi Baxşalı Süleymanov, 1-ci Qarabağ müharibəsi qazisi Mehman İsmayılov, ehtiyyatda olan polkovnik leytinant Vasif Əhədov və ehtiyyatda olan kapitan Yalçın Zülfiqarov çıxış edərək 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə yaradılmış milli ordunun, bu gün Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə regionun ən güclü və müasir ordularından birinə çevrilməsindən, Vətən müharibəsində qazanılan tarixi Zəfər, Azərbaycan Ordusunun peşəkarlığının, rəşadətinin və xalqımızın birliyinin parlaq təcəssümü olmasından bəhs edərək müzəffər ordumuzun hər bir əsgəri və zabiti ilə fəxr etdiklərini bildirdilər. Sonra YAP Şirvan şəhər təşkilatının şəhid ailələri, qazilər və müharibə iştirakçılarına göstərdikləri diqqət və qayğının təqdirə layiq olduğunu vurğuladılar.

Tədbirin sonunda 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş videoçarx nümayiş olundu və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda aparılan Birinci Qarabağ müharibəsində göstərdiyi şücaətə, vətənpərvərliyə və YAP Şirvan şəhər təşkilatının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə fərqlənən 1-ci Qarabağ müharibəsi iştirakçıları Bayram Quliyev və Baxşalı Süleymanova fəxri fərmanlar təqdim olundu.
Sonda YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov tədbir iştirakçıları ilə xatirə şəkili çəkdirdi.



Seçilən
12
aia.az

1Mənbələr