“Nottinqem Forest” “Yuventus”un hücumçuları Timoti Vea və Samuel Mbanqulanın transferi ilə bağlı danışıqları davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə təmsilçisi futbolçular üçün danışıqlara start verib. 25 yaşlı Vea “Nottinqem Forest”ə 14 milyon, 21 yaşlı Mbanqula isə 8 milyon avroya başa gələcək.
Amerika millisinin üzvü 2024/25 mövsümündə bütün turnirlərdə 43 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib. Mbanqulanın aktivində 32 oyunda 4 qol və 5 məhsuldar ötürmə var.