AZ

Gürcüstanda psixotrop dərmanların idxalı dövlətin səlahiyyətinə verildi

"Ölkədə psixotrop dərmanların, xüsusilə benzodiazepinlərin istifadəsi ağlabatan həddən artıq yüksəkdir".

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət binasında keçirilən brifinqdə deyib.

Baş nazirin sözlərinə görə, bu qərar cəmiyyətin həmin dərmanlardan narkotik məqsədlə geniş şəkildə istifadəsinə dair yaranan şübhələrə əsaslanıb. Bu praktikanın qarşısını almaq üçün psixotrop dərmanların idxalı yalnız dövlətin səlahiyyətində olacaq və bu prosesə nəzarət gücləndiriləcək:

"Hazırda psixotrop dərmanların idxalını özəl şirkətlər həyata keçirir və bu şirkətlərin istehlakı süni şəkildə artırmaqda maddi marağı var. Bu cür halların qarşısını almaq üçün psixotrop dərmanların özəl şirkətlər tərəfindən idxalı tamamilə qadağan ediləcək. Xüsusi nəzarətə alınmış dərman vasitələrinin idxalı və satışı yalnız dövlətin səlahiyyətində olacaq. Bundan əlavə, reseptlərin yazılması və dərmanların verilməsi prosesinə ciddi nəzarət tətbiq olunacaq".

Gülşən Şərif

Seçilən
3
bakivaxti.az

1Mənbələr