AZ

Qadağan olunmuş yerdə saxlayıb yolu kəsdi, sonra əl-qolunu sallayıb çıxıb getdi - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonunun Elşən Süleymanov küçəsinin Bəhruz Nuriyev küçəsindən Babək prospektinin kəsişməsinə qədər olan hissəsində təmir işlərini yekunlaşdırmaq üzrədir.

Avtosfer.az agentliyə istinadən xəbər verir ki, sözügedən hissənin uzunluğu 950, eni 12.2 metrdir.

Aparılan təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkilərinin bərpası işləri aparılıb. Hazırda küçədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla davam etdirilir.

Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni baxış qapaqlarının və yağış barmaqlıqlarının qoyulması işləri də icra olunacaq.

FOTO QALEREYA
Seçilən
6
avtosfer.az

1Mənbələr