Avropada ikinci ay ardıcıl olaraq ən çox satılan avtomobil Fransanın "Renault Clio" hetçbeki olub.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə "Avtostat" nəşri "Jato" tədqiqat şirkətinin məlumatlarına istinadən bildirib.
2025-ci ilin may ayında Avropa İttifaqında 21 163 belə avtomobil satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12% çoxdur.
May ayında Avropada ən çox satılan 10 avtomobilin siyahısı isə aşağıdakı kimidir:
1. "Renault Clio" (21 163 ədəd; +12%);
2. "Dacia Sandero" (19 948 ədəd; +3%);
3. "Volkswagen T-Roc" (18 420 ədəd; -10%);
4. "Peugeot 208" (16 485 ədəd; +6%);
5. "Volkswagen Golf" (15 987 ədəd; -18%);
6. "Peugeot 2008" (15 712 ədəd; -2%);
7. "Volkswagen Tiguan" (15 313 ədəd; +16%);
8. "Dacia Duster" (15 215 ədəd; +13%);
9. "Toyota Yaris Cross" (15 178 ədəd; +8%);
10. "Citroën C3" (14 510 ədəd; -8%).