AZ

Bank sektorunda çalışanların sayı cüzi artıb

31 May 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 494, şöbələrinin sayı 87, ATM-lərin sayı 3,332 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.1% və ya 26 nəfər artaraq 25 min 965 nəfər təşkil etmişdir.

Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.

30 aprel 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 494, şöbələrinin sayı 87, ATM-lərin sayı 3311 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.7% və ya 184 nəfər artaraq 25 min 939 nəfər təşkil etmişdi.

31 may 2024-cü il tarixinə isə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 483, şöbələrinin sayı 97, ATM-lərin sayı 3,061 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.3% və ya 78 nəfər artaraq 24 min 188 nəfər təşkil etmişdi.

Seçilən
94
2
marja.az

2Mənbələr