ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
İran hakimiyyəti İsraillə baş vermiş 12 günlük müharibə zamanı tətbiq olunan internet məhdudiyyətlərinin mərhələli şəkildə ləğv ediləcəyini bəyan edib. Bu barədə məlumatı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kibertəhlükəsizlik bölməsi yayıb.
Dövlət mediasında dərc olunan açıqlamada bildirilir: “Əlaqə şəbəkəsi tədricən əvvəlki vəziyyətinə qayıdır.” Bu, rəsmi Tehranın silahlı toqquşmaların intensiv mərhələsinin başa çatdığını düşündüyünü göstərir.
SEPAH-ın kiberbölməsinin iddiasına görə, müharibə zamanı İsrail İranın rəqəmsal xidmətlərini iflic etmək və şəbəkə infrastrukturu üzərindən məlumat toplayaraq təcavüzü gücləndirmək məqsədilə “genişmiqyaslı kibermüharibə”yə başlayıb.
Qeyd edək ki, İranda internet üzərində məhdudiyyətlər müharibədən əvvəl də mövcud idi. Yerli əhali bu məhdudiyyətləri əsasən VPN vasitəsilə aşırdı. Lakin müharibə dövründə əlaqə ya tamamilə kəsilmiş, ya da ciddi şəkildə zəiflədilmişdi.
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.