AZ

Rusiyanın Tambov hava limanında yenidən məhdudiyyətlər tətbiq edilir

Bakı, 25 iyun, AZƏRTAC

Rusiyanın Tambov şəhərindəki “Donskoye” hava limanında təyyarələrin qəbulu və yola salınmasına yenidən müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako “Telegram” kanalında məlumat verib.

“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Tambov hava limanında onların qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl Korenyako hava limanında bütün məhdudiyyətlərin aradan qaldırıldığını, aeroportun normal rejimdə işlədiyini bildirmişdi.

Bir qədər əvvəl Nijnekamsk hava limanında da məhdudiyyətlər tətbiq edilmişdi. Samara və Ulyanovsk hava limanlarında da təyyarələrin qəbulu və yola salınmasında müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Penza hava limanında da təyyarələrin uçuşu və enişi müvəqqəti olaraq məhdudlaşdırılıb.

Bu gün səhər saatlarında Saratov hava limanında da təyyarələrin qəbulu və yola salınmasında müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bundan əvvəl Korenyako Tambov hava limanında da belə məhdudiyyətlərin qüvvədə olduğu bildirmişdi. Onun sözlərinə görə, tədbirlər mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün görülüb.

Kazana uçan Özbəkistan aviaşirkətinin təyyarəsi də alternativ aerodroma göndərilib.

Seçilən
168
15
azertag.az

10Mənbələr