AZ

Ağdaşda GÜCLÜ YANĞIN: Qəbir daşları kül oldu

Ağdaşda güclü yanğın qəbiristanlığı tanınmaz hala salıb.

Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Xınaxlı kənd ərazisində qeydə alınıb.
 

Güclü külək olduğundan yanğın kənd ərazisinə düşüb. Dərhal əraziya FHN-nin yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub. Yanğın nəticəsində təqribən 200 kv m. ərazidə qəbir daşları eləcə də taxta başlıqlı qəbir daşları yanaraq kül olub.


Yanğın söndürülüb. Hazırda ərazidə soyutma işləri aparılır.

Fakt araşdırılır.

Bizim Media, Aran bürosu

Seçilən
5
1
bizim.media

2Mənbələr