Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Paytaxtın Sabunçu rayonu, Zabrat yolunda baş vermiş qəza avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Kadrdan da göründüyü kimi, 10-OX-140 dövlət nömrə nişanlı “Nissan Patrol” markalı avtomobilin sürücüsü qoşa xəttin üzəri ilə hərəkət edib. Düzgün ara məsafəsi təyin etməyən sürücü öndəki “VAZ”la toqquşmamaq üçün sola manevr edib və piyada keçidini görərək son anda dayanıb. Bu vaxt görüntünü qeydə alan maşındakı sürücü eyni qaydanı pozaraq “Nissan”a çırpılır. Zərbənin təsirindən “Nissan” bir neçə metr irəli gedib və keçiddən keçən piyadaya təhlükə yaradıb. Xoşbəxtlikdən yolu keçən qadın ehtiyatlı davranaraq qəzadan xilas ola bilib.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.