AZ

Lebedev Rusiyanı tərk edən sənətçiləri ikinci dərəcəli insanlar adlandırıb

...Bloger və dizayner Artemy Lebedev Rusiyanı tərk edən sənətçiləri ikinci dərəcəli insanlar adlandırıb.

SİA-nın məlumatına görə, o bu fikri “VKontakte” sosial şəbəkəsində dərc olunan xəbər icmalında bildirib.

Lebedev Rusiyanı tərk edən müğənni Zemfira (tam adı - Zemfira Ramazanova, Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə daxil edilib) və aktrisa Çulpan Xamatovanın Ukraynanın "Mirotvorets" saytının məlumat bazasına salınması xəbərini şərh edərkən deyib.

Onun sözlərinə görə, sənətçilər Rusiya haqqında təhqiramiz danışıblar ki, bu, Qərbdə onlara hörmət qazandıracaq.

...Onlar sevimli ölkələrinə qarşı hər cür təhqiramiz sözlər dedilər, getdilərvə orada ikinci dərəcəli insanlar oldular. Çünki orada onları qucaq açıb qarşılamadılar, "Ura, siz mənim əziz Rusiyanın satqınlarısınız, sizi sevirik" sözləri ilə Lebedev bildirib.

Dizayner əlavə edib ki, öz ölkələrini aşağılamaqla, özlərini alçaldıblar.

İyunun 16-da məlum olub ki, Xamatova və Zemfira Mirotvorets məlumat bazasına əlavə edilib.

Müğənninin bu siyahıya “Rusiya təcavüzünü inkar etdiyi”, aktrisanın isə Krıma girməyə çalışaraq “Ukrayna sərhədini pozduqları”na görə yer aldığı qeyd edilib.

Əli Babayev

Seçilən
7
1
sia.az

2Mənbələr