AZ

Axundun əməlində cinayət tərkibi yoxdur - Hüquqşünas

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbə məscidinin axundu Turab Əliqan oğlu Tahirov qəsəbədən 16 yaşlı qızı qaçırması ilə gündəmə gəldi. Daha sonra qız açıqlama verərək öz istəyi ilə getdiyini deyib. Həmçinin, T.Tahirov da qızı bəyəndikdən sonra elçi göndərdiyini və qızın ailəsinin "Boşanmışa qız vermərik" deyərək, imtina etdiyini bildirib. Hadisələrdən sonra o, qəsəbə məscidinin imam müavini vəzifəsindən azad edilib. 

Maraqlıdır, sözügedən hadisəyə görə T.Tahirov qanun qarşısında cavab verməlidirmi?  

Ölkə.Az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən hüquqşünas Mehman Muradlı bildirib ki, bu hadisədə cinayət əməli yoxdur.

Onun sözlərinə görə, qız özü getdiyini deyirsə, adam oğurluğundan söhbət gedə bilməz. 

Həmçinin hüquqşünas vurğulayıb ki, cinsi əlaqə olsa da, qız 16 yaşı keçdiyi üçün axund haqqında bir tədbir görülməyəcək. 

“Bu məsələdə hazırda cinayət tərkibi yoxdur. Görüntülər bunu deməyə əsas verir. Əgər başqa məsələ çıxarsa, onda işlər dəyişə bilər”,-M.Muradlı nəzərə çatdırıb. 

Seçilən
17
olke.az

1Mənbələr