AZ

Bakı Dövlət Universitetinin Məzun Günü keçirilib (FOTO)

Bakı. Trend:

İyunun 25-də Milli Gimnastika Arenasında Bakı DövlətUniversitetinin (BDU) Məzun Günü keçirilib.

Trend xəbər verir ki, əvvəlcəDövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin vətorpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əzizxatirəsi anılıb. Sonra BDU haqqında videoçarx nümayiş olunub.

Tədbiri açıq elan edən BDU-nun rektoru Elçin Babayev məzunlarıtəbrik edib, onlara uğurlar arzulayıb: “Bu gün qədim tarixi vəzəngin ənənələri olan BDU-nun həyatında unudulmaz gündür. Alitəhsillərini uğurla başa vurmuş 6000-dən çox tələbəmizUniversitetdən məzun olur. Siz Azərbaycanın yeni reallığa qədəmqoyduğu, ölkə həyatının hər bir sahəsində davamlı inkişafın,elmi-texniki tərəqqinin vüsət aldığı bir dövrdə məzun olursunuz.Tələbəlik illəriniz xalqımız üçün taleyüklü hadisələrlə zəngin birdövrə təsadüf edir.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətliOrdumuzun böyük Zəfərə imza atması ilə ölkəmizin ərazi bütövlüyü,heç bir gün çəkməyən lokal antiterror əməliyyatı ilə dövlətsuverenliyimiz bərpa olundu. İşğaldan azad edilmiş ərazilərdəgenişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Müstəqildövlətimizin dünyanın siyasi arenasında mövqeyi möhkəmləndi. Bu ilqürurla beşinci ildönümünü qeyd edəcəyimiz şanlı Zəfərə qanından vəcanından keçərək imza Vətən oğullarının ruhu qarşısında başəyirik.

Bu gün ali təhsilini başa vurmuş gənclərimiz Vətənimizin hər birguşəsində, o cümlədən doğma Qarabağda və Şərqi Zəngəzurdagenişmiqyaslı bərpa və quruculuq işlərində fəal iştirak edirlər. Buişlərə həvəslə qoşulan Azərbaycan gəncləri arasındaUniversitetimizin məzunları da az deyil. Biz onlarla fəxr edir,əzəli torpaqlarımıza yeni nəfəs verən quruculuq və yaradıcılıqişlərində hər birinə uğurlar arzulayırıq. Unutmayın ki, sizxalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzun olduğu BakıDövlət Universitetinin yetirmələrisiniz. “Mən çox xoşbəxtəm ki,Bakı Dövlət Universitetinin məzunuyam” deyərək qocaman təhsilocağımıza yüksək dəyər vermiş, onu “Azərbaycan xalqının, AzərbaycanRespublikasının milli sərvəti, milli iftixarı” adlandırmış dahişəxsiyyətin bu kəlamlarını heç vaxt unutmayın. Siz ali təhsiliniziölkəmiz üçün əlamətdar bir təqvim ilində başa vurursunuz –Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib.Hər iki anlayış Azərbaycanın müasir dövlət quruculuğunda ayrılmazdəyərlər kimi qəbul olunur və xalqımızın taleyində mühüm əhəmiyyətkəsb edir. Hüquqi dövlət quruculuğuna töhfə verən, dövlətmüstəqilliyinin qorunması və möhkəmlənməsində fəal iştirak edənAzərbaycan gəncləri sırasında BDU məzunlarının da adlarıolacaq”.

Rektor bildirib ki, 106 il əvvəl 2 fakültə, 44 nəfərlikprofessor-müəllim və 1094 nəfərlik tələbə heyəti ilə fəaliyyətəbaşlamış BDU-da hazırda 16 fakültədə 1500 nəfərlikprofessor-müəllim heyəti çalışır, 25000-dən çox tələbə təhsil alır.Universitetdə 120 kafedra, 2 elmi-tədqiqat institutu, 6elmi-tədqiqat mərkəzi, 5 muzey, Qazax filialı, İqtisadiyyat vəHumanitar Kollec və “Gənc istedadlar” liseyi fəaliyyət göstərir.Bakalavr səviyyəsində 75 ixtisas, magistratura səviyyəsində 243ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.

Hazırda BDU yüksəkixtisaslı kadrlar yetişdirməklə ölkəmizdəinsan kapitalının formalaşmasına və zənginləşməsinə xidmətgöstərmək, Vətənimizin dünya elm, təhsil və mədəniyyət məkanındalayiqli yer tutmasını təmin etmək kimi ali missiyasını şərəfləyerinə yetirir. Hazırda universitetdə tədris prosesi tarixiənənələrin və modern dünya təcrübəsinin vəhdəti, innovativ təlimtexnologiyaları əsasında qurulur. Elmi araşdırmalar müasirtələblərə uyğun şəkildə aparılır, tədqiqat işlərinin məzmunu daimyenilənir. BDU ölkənin nüfuzlu şirkətləri, iri sənaye müəssisələri,dövlət təşkilatları, ictimai qurumları ilə əməkdaşlığı inkişafetdirir, dünyanın aparıcı universitetləri – Türkiyə, Çin, Pakistan,Qazaxıstan, Özbəkistan və s. kimi ölkələrin nüfuzlu ali təhsilmüəssisələri ilə ikili diplom proqramı əsasında kadr hazırlığınıuğurla həyata keçirir.

BDU dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri hesabolunan “QS Quacquarelli Symonds” agentliyinin “QS World UniversityRankings” reytinqində böyük tarixi uğura imza atıb. Dünyauniversitetləri arasında ilk 700-lüyə daxil olub,688-ci sıradaqərarlaşıb. Bu nəticə ilə təkcə ölkəmizdə deyil, Cənubi Qafqazdalider mövqeyə yüksəlib. BDU nüfuzlu “Times Higher Education”beynəlxalq təşkilatının dünya universitetləri reytinqində ilk600-lükdə yer alıb: “Biz bu uğura professor-müəllim heyəti vətələbələrimizlə birgə imza atmışıq. BDU bundan sonra da milli vəbeynəlxalq əmək bazarında rəqabətədavamlı, bilikli və bacarıqlı,bəşəri və milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, dövlətinəsadiqliyi və vətənpərvərliyi ilə seçilən yüksəkixtisaslımütəxəssislər hazırlamağa əzmlə davam edəcək. BDU fəaliyyətgöstərdiyi 106 il ərzində 200 mindən çox yüksəkixtisaslımütəxəssis, o cümlədən bir çox xarici ölkələr üçün yüzlərlə peşəkarkadr yetişdirib. BDU məzunları ölkə həyatının müxtəlif sahələrində,o cümlədən dövlət quruculuğunda çox mürəkkəb, məsuliyyətli və eynizamanda nəcib missiyanı şərəflə yerinə yetiriblər. BDU öz məzunlarıilə həmişə fəxr edir, onların elmi, peşə və yaradıcı fəaliyyətindənqürur duyur”.

Sonra Universitet tələbələrinin ifasında BDU-nun himnisəsləndirilib.

Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Seçilən
7
3
az.trend.az

8Mənbələr