Bakı. Trend:
Çexiyanın paytaxtı Praqada fəaliyyət göstərən AzərbaycanMədəniyyət Evində bloger Jaroslav Maleçin Azərbaycan haqqındahazırladığı qısametrajlı filmin və videoçarxın təqdimatı olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbir “Land ofFire” Cəmiyyətinin təşəbbüsü ilə baş tutub.
Çexiya vətəndaşı olan Jaroslav Maleç Azərbaycanın müxtəlifbölgələrinə dəfələrlə səyahət edərək maraqlı videolar çəkib vəhəmin videoları öz “YouTube” kanalı vasitəsilə geniş auditoriyayaçatdırıb. O, Vətən müharibəsi zamanı da fərqli beynəlxalqplatformalarda Azərbaycan həqiqətlərinin yayılmasında fəallıqgöstərib.
Bloger, həmçinin Azərbaycan Mədəniyyət Evinin nəzdindəkihəftəsonu məktəbində Azərbaycan dili dərslərinə mütəmadi olaraqqatılır.
Cəmiyyətin üzvləri və Çexiyada yaşayan soydaşlarımız ölkəmizəgöstərdiyi diqqət və verdiyi dəstəyə görə Maleçə təşəkkürediblər.