Azərbaycan Dillər Universitetinin (ADU) Linqvokulturologiya kafedrasının müdiri, dosent Vüsalə Elxan qızı Ağabəyli elmi nailiyyətlərinə görə yüksək mükafata layiq görülüb.
Redaktor.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 20 iyun 2025-ci il tarixli qərarı ilə Vüsalə Ağabəyli 5718.01 – Dünya ədəbiyyatı (ingilisdilli ədəbiyyat) ixtisası üzrə filologiya elmləri sahəsində "elmlər doktoru" elmi dərəcəsi alıb.
Bu uğur, onun tədqiqat sahəsindəki zəngin fəaliyyətinin və elmi töhfələrinin yüksək qiymətləndirildiyini bir daha sübut edir.