AZ

Qazax deputatlar Nazarbayev Universiteti ilə bağlı tələb irəli sürdülər

Newscenter.az saytından alınan məlumata görə, ain.az bildirir.

Qazaxıstan parlamentinin deputatları Juldiz Suleymenova və Asxat Aimaqambetov Nazarbayev Universitetinin rəhbər heyətində dəyişiklik tələb ediblər.Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Milli Məclisin bu gün keçirilən iclasında E.Süleymenova baş nazirə ünvanlanan deputat sualını açıqlayıb."Nazarbayev Universitetinin idarə heyətini qazaxıstanlı mütəxəssislərlə zənginləşdirmək lazımdır. Biz Qazaxıstan vətəndaşlarının ən azı 70 faizinin universitetin vitse-prezidentləri, məktəblərin dekanları və digər rəhbər vəzifələrə təyin edilməsi məsələsinə baxılmasını təklif edirik. Bu, bizə strateji prioritetləri dərindən dərk edən, müasir idarəetmə və təhsil sahəsində mükəmməl biliklərə malik milli kadrları formalaşdırmağa imkan verəcək".Onun sözlərinə görə, belə yüksək məsuliyyətli vəzifələrə “Bolaşak” proqramı çərçivəsində xaricdə təhsil almış mütəxəssisləri təyin etmək lazımdır. Anar Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
newscenter.az

2Mənbələr