AZ

Ərdoğan: Trampla o məsələni müzakirə etmədik, mövzu bağlanıb

BAKI, 25 iyun. TELEQRAF

"Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etməmişik".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitindən sonra Haaqada jurnalistlərə açıqlamasında deyib.

O, Trampa F-35 təyyarələri haqda fikir mübadiləsi apardığını etiraf edib.

"Trampla görüşümüz zamanı S-400-ü müzakirə etmədik. Bu, gündəmimizdə deyildi. Və bu məsələ artıq bağlanıb və həll olunub. Biz F-35 ilə bağlı məsələni müzakirə etdik".

Onun sözlərinə görə, Türkiyə F-35 layihəsi çərçivəsində təxminən 1,3-1,4 milyard dollar ödəniş edib.

"Bu təyyarələri almağımıza gəlincə, Trampın bununla bağlı xoş niyyətli olduğunu gördük. Rəsmilərimiz F-35-lərin alınması, eləcə də F-16-larımızın texniki xidməti və təmiri ilə bağlı işləri davam etdirir", - Ərdoğan bildirib.

Qeyd edək ki, iki prezident arasında danışıqlar çərşənbə günü axşam Haaqada baş tutub.

Seçilən
13
18
teleqraf.com

10Mənbələr