ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Xidməti avtomobillə yaşlı qadını piayda keçidində vuran yol polis əməkdaşına şərti cəz verilib. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Xabarovsk şəhərində baş verib.
Belə ki, ötən ilin avqust ayında yol patrul xidmətinin 28 yaşlı sürücüsü xidməti avtomobillə Karl Marks küçəsi ilə sürətlə hərəkət edərək piyada keçidində 59 yaşlı qadını vurub.
Hadisə nəticəsində şəhər sakini olan qadın kəllə-beyin travması və bir neçə sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Məhkəməyə çıxarılan polis əməkdaşı günahını etiraf edib və hakimin qərarı ilə 1,5 il şərti cəza alıb. Ona bu müddət ərzində şəhəri tərk etmək qadağan olunub. Bundan əlavə, o, hər ay xüsusi qurumda qeydiyyatdan keçməli olacaq.
Sözügedən hadisənin görüntülərini təqdim edirik:
Namiq Musayev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.