AZ

FHN-in strukturlarında Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirildi - Fotolar

Fövqəladə Hallar Nazirliyinin strukturlarında 26 İyun - Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbirlər keçirilib.

Publika.az xəbər verir ki, tədbirlərdə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, xalqımızın müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantılarda Ümummilli Liderin Silahlı Qüvvələrimizin formalaşmasında tarixi xidmətlərindən danışan natiqlər vurğulayıblar ki, hələ sovetlər birliyində yaşadığımız illərdə Ulu Öndərin bilavasitə təşəbbüsü ilə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Məktəb peşəkar milli hərbçi kadrların hazırlanmasında əhəmiyyətli rol oynayıb. Eyni zamanda, onlarla Azərbaycan gənci İttifaqın nüfuzlu ali hərbi məktəblərində təhsil alıblar.

Qeyd edilib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də genişmiqyaslı və köklü islahatlar aparılaraq bugünkü rəşadətli Azərbaycan Ordusunun əsası qoyulub. Ümummilli Lider tərəfindən başlanılan milli ordu quruculuğu ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilib, Silahlı Qüvvələrimizin müdafiə qüdrəti və döyüş qabiliyyəti daha da artırılıb. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli Ordusuna çevrilib.

Seçilən
18
5
publika.az

6Mənbələr